adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2023 12:24
729
ELM VƏ TƏHSİL

Elman Cəfərli: “Əlinizə mədəni bir nazir düşüb”

Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə jurnalist  Zülfiyyə Mustafayeva nazirə onun cavabları medianı qane etmədiyini bildirib.  Bu məqam mediada səs-küyə səbəb olub. Bir qrup insanlar jurnalistə dəstək olublar.

Adalet.az xəbər verir ki, GünAz.Tv-in redaktoru Elman Cəfərli sosial şəbəkə hesabında məsələyə öz münasibətini bildirib. O, yazısında Emin Əmrullayevin mədəni bir insan kimi jurnalistin sualını cavabladığını qeyd edib:

“Əlinizə düşüb mədəni bir nazir, sağdan da vurursuz, soldan da. Öz aləminizdə guya “dəhşət sual” verib, tik-tokda trendə çevrilirsiz. Əminsiz ki, o sizə “rədd ol, özü də elə-belə yox ha, konkret rədd ol”, “ə bir-bir, sən burdan dızıldayırsan, o ordan” deməyəcək. Ya da Qara Bayram kimi üstünüzə çəmkirməyəcək.”

Əntiqə