Elton Con bu səbəbdən mahnı yaza bilmədiyini açıqladı
Britaniyalı müğənni Elton Con "Good Morning America" verilişində yeni albomu üzərində işini bitirə bilmədiyini deyib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin qismən kor olmasıdır.
77 yaşlı Conun sözlərinə görə, 4 aydır ki, sağ gözündə zəif görmə var və sol gözündən də şikayətçidir. O, müsahibə verməyi bacardığını, ancaq sözlərini belə görmədiyi üçün studiyada mahnı yazdıra bilməyəcəyini açıqlayıb.
Elton Con sentyabr ayında göz infeksiyasından sonra görmə qabiliyyətinin bərpa olunduğunu qeyd etmişdi.
Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb.
Digər Xəbərlər
24 Oktyabr 2026 09:18
Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı
23 Oktyabr 2026 19:22
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
23 Oktyabr 2026 09:49
Naibə Allahverdiyevadan BƏD XƏBƏR
22 Oktyabr 2026 12:59


Bakı -°C

