27 Oktyabr 2025 16:02
69
ŞOU-BİZNES

Əməkdar artist: “O,aktyor deyil”

Əməkdar artist Çoşqun Rəhimov birmənalı qarşıılanmayan açıqlaması ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, o, məşhur “Mister Bin”i axmaq bir vəziyyətdə tamaşaçını güldürən adam adlandırıb:

“Onun bütün rolları eynidir. O, ancaq “Mister Bin”dir. Onun canından o obrazı çıxarmaq mümkün deyil. Bəlkə insan həyatda da belədir. Düşdüyü vəziyyət isə çox bəsit və sadə vəziyyətdən qəribə bir gülüş yaradır.Mən həmişə demişəm, Mister Bin aktyor deyil. Sadəcə tapılmış bir standart formanı tamaşaçıya təqdim edib, ömrü boyu”.

Qeyd edək ki, aktyorun bu açıqlaması sosial şəbəkələrdə izləyiciləri tərəfindən yaxşı qarşılanmayıb.

Əntiqə