adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 10:23
66
HADİSƏ
A- A+

Əmisi ilə dənizdə batan 15 yaşlı yeniyətmənin meyiti tapıldı

Bakıda dənizdə batan Salyan rayonunun Yenkənd kənd sakini 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun meyiti tapılaraq aidiyyarı üzrə təhvil verilib.

Adalet.az xəbər verir ki, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Salyan rayonunun Yenikənd kənd sakinləri - 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar. Ariz Əlihəsənovun meyiti ötən gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./Apa