Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir.
Adalet.az xəbər verir ki, səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.
Səfərdən əvvəl istifadəçilər Bakcell-in rəsmi saytında və ya Bakcell tətbiqində gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud rouminq paketləri və tarifləri ilə tanış ola, ehtiyaclarına uyğun paketi əvvəlcədən aktivləşdirə bilərlər. Bu isə mobil rabitə xərclərini əvvəlcədən planlaşdırmağa və səfər boyu ünsiyyətdə qalmağa imkan yaradır.
Rouminq xidmətləri və paketləri barədə ətraflı məlumatı şirkətin rəsmi saytı, Bakcell tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
24 Avqust 2026 19:11
“iPhone” alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır
21 Avqust 2026 23:47
Süni intellektlə eşq şousu çəkiləcək
19 Avqust 2026 11:51
“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
19 Avqust 2026 09:30
Süni intellekt nəzarətdən çıxır - “OpenAI” əyləcə basdı
18 Avqust 2026 17:59
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
12 Avqust 2026 13:43
“iPhone”lar bütün dünyada bahalaşa bilər
12 Avqust 2026 12:47
İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
11 Avqust 2026 16:16


Bakı -°C

