“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
“Bakcell” abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir.
Belə ki, “Bakcell”dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur.
Fərqli internet ehtiyaclarına uyğun olaraq, abunəçilər 20 GB, 50 GB və 100 GB həcmində üç əsas paket arasından seçim edə bilərlər. Abunəçilərə seçdikləri paketin ilk abunə haqqı hədiyyə edilir.
İnternet həcmini artırmaq istəyən abunəçilər üçün əlavə paketlər də mövcuddur. Əsas paket aktiv olduğu müddətdə abunəçilər 5 GB, 10 GB və 15 GB həcmində əlavə internet paketlərindən yararlana bilərlər.
Wi-Fi modemini əldə edən hər bir abunəçiyə modemlə birlikdə SIM kart da təqdim olunur. SIM kartın qiyməti modemə daxildir və bunun üçün əlavə ödəniş tələb olunmur. Abunəçi SIM kartı modemə yerləşdirdikdən sonra internet paketini “Bakcell” tətbiqi vasitəsilə aktivləşdirə bilər.
“Bakcell”in yeni Wi-Fi internet paketləri və təklifin şərtləri haqqında ətraflı məlumatı şirkətin rəsmi saytı, Müştəri Xidmətləri Mərkəzləri və dilerlərdən əldə etmək mümkündür.
“Bakcell” haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Digər Xəbərlər
10 Oktyabr 2026 10:15
Ağıllı eynəkləri qadağan edirlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31


Bakı -°C

