“Bu, bizim dövlətimizin toxunulmaz marağıdır”
“Azərbaycanın milli iradəsi müzakirə mövzusu deyil, dövlətimizin toxunulmaz strateji xəttidir! Azərbaycanın milli kimliyini, milli düşüncəsini formalaşdırmaq, qorumaq, strateji hədəflərimizi həyata keçirmək o qədər mürəkkəb və çətindir ki... Çünki müasir dünyada dövlətlərin maraqları çox zaman bizim ruhumuza və milli dəyərlərimizə yad olan prinsiplər əsasında formalaşır. Biz özümüzə dost, tərəfdaş bildiyimiz ölkələrə qarşı səmimiyyətimizi daim nümayiş etdirmişik”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Onun sözlərinə görə, çox təəssüf ki, bəzi ölkələr bizi çətin anlarda dəstəkləmək əvəzinə, bizə çətinlik yaşatmaq üçün planlar qurublar:
“Bax, bu, heç bir siyasi və mənəvi kriteriyaya uyğun deyil. Amma biz bunları yaşamağa məhkumuq. Bütün bunları nəzərə alaraq, dövlət olaraq siyasi kimliyimizin hədəflərini möhkəmləndirmək üçün kifayət qədər ciddi addımlar atmışıq və bu strateji hədəflərimiz səmimi olmayan ölkələrin rəhbərlərini narahat edir. Bu, danılmaz faktdır.Milli kimliyin qorunması yalnız mövcud dəyərləri saxlamaq deyil, gələcək nəsillər üçün müstəqil və öz milli iradəsinə sahib cəmiyyət formalaşdırmaqdır. Milli şüuru daim gücləndirməliyik. Hər bir vətəndaşın dövlətə, Vətənə, milli tarixə və suverenliyə bağlılıq hissini möhkəmləndirməliyik. Milli ideoloji təhlükəsizliyimizi gücləndirməliyik. Xarici ideoloji təsirlərə, informasiya manipulyasiyalarına uymamalı və düşüncə müstəqilliyimizi qorumalıyıq. Dilimizin və mədəniyyətimizin gələcəyinə təminat vermək üçün addımlar atmalıyıq”.
Politoloq gənc nəslimizi milli düşüncə ilə yetişdirməyimizin vacib olduğunu bildirib:
“Yəni milli köklərə bağlı, müasir dünyagörüşlü, analitik düşüncəyə malik vətəndaş formalaşdırmalıyıq. İnformasiya suverenliyi, milli həmrəylik, milli maraqların beynəlxalq səviyyədə müdafiəsi... Milli-mənəvi dəyərlərimizi müasirliklə uzlaşdırmalı, ümumilikdə, gələcək nəsillərə güclü dövlət miras qoymalıyıq. Biz artıq görürük ki, müstəqil düşüncəyə malik, dövlətin maraqlarını dərk edən və qlobal rəqabətdə öz sözünü deyə bilən bir cəmiyyət formalaşdırmışıq. Bu, strateji hədəflərimizin uğurudur. Azərbaycanı zəfər ölkəsinə çevirən bu strategiya beynəlxalq siyasi müstəvidə ölkəmizin mövqeyini sürətlə möhkəmləndirib. Bu, bizim dövlətimizin toxunulmaz marağıdır. Bu maraqlara toxunmaq olmaz və bu siyasi yolu bütövlükdə səmimiyyətlə «Azərbaycan, can Azərbaycan» deyə bilən hər kəs müdafiə etməlidir. Biz coğrafi olaraq bu gün balaca ölkə ola bilərik, amma siyasi və diplomatik baxımdan çox böyük ölkəyik. Öz gücümüzlə, öz ağlımızla, düşüncəmizlə, müdrikliyimizlə, qətiyyətimizlə və prinsipiallığımızla ölkəmizi dünya siyasi mərkəzlərinin diqqət mərkəzinə çevirmişik.Bu siyasət cənab Prezident İlham Əliyevin mühüm siyasi və milli uğurudur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2026 09:52
“Əgər ABŞ və İran arasında danışıqlar yenidən nəticəsiz qalarsa...”
03 Noyabr 2026 09:44
“Yəqin ki, ABŞ 4 noyabrda aralıq seçkini İrana zərbələr ilə paralel keçirəcək”
03 Noyabr 2026 09:27
“Bu səfər Türkiyə və Ukrayna arasında müəyyən fikir ayrılıqlarına son qoydu”
02 Noyabr 2026 17:56
Bayramov Yaponiyanın yeni səfirini qəbul edib
02 Noyabr 2026 13:59
Aqil Abbas: “Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
02 Noyabr 2026 12:49
Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - VİDEO
02 Noyabr 2026 12:46
QHT-lər həmin məktubu TƏQDİM ETDİLƏR
02 Noyabr 2026 10:52


Bakı -°C

