Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
“Anthropic rəhbəri süni intellektin inkişafının yavaşladılmasını istəyir. OpenAI rəhbəri Sam Altman da onu dəstəkləyir. Səbəb kimi süni intellektin həddindən artıq sürətlə güclənib təhlükəli səviyyəyə çatdığı göstərilir. Mən isə düşünürəm ki, bu daha çox psixoloji təsir mesajıdır.OpenAI 2026-cı ildə təxminən 30 milyard dollar gəlir gözləyir. Amma həmin il təxminən 25 milyard dollar pul sərfi proqnozlaşdırılır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Şirkət 2030-cu ilin sonunadək server və hesablama infrastrukturu üçün 665 milyard dollar xərc nəzərdə tutur və yalnız 2030-cu ildə müsbət pul axınına çıxacağını gözləyir.Anthropic-də də vəziyyət oxşardır. 2026-cı ildə 18 milyard dollara qədər gəlir gözlənilir, amma təxminən 11 milyard dollar pul sərfi proqnozlaşdırılır.Belə vəziyyətdə “süni intellekt gözlədiyimiz qədər sürətlə inkişaf etmir” demək investor üçün pis mesajdır.Amma “süni intellekt o qədər güclənib ki, artıq onu yavaşlatmalıyıq” demək tamam başqa psixoloji təsir yaradır. İnsanlarda belə təsəvvür yaranır ki, bu şirkətlərin əlində düşündüyümüzdən də güclü texnologiya var.Bu isə marağı artırır, yeni kapital cəlb etməyə və şirkətlərin qiymətini yüksək saxlamağa kömək edə bilər. Əlqərəz, süni intellektin imkanları böyükdür. Amma onun imkanları və yaxın gələcəklə bağlı gözləntilər olduğundan artıq şişirdilir. “Artıq çox güclüyük, bizi yavaşlatmaq lazımdır” mesajı da bunun bir hissəsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Oktyabr 2026 10:15
Ağıllı eynəkləri qadağan edirlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31


Bakı -°C

