adalet.az header logo
  • Bakı 16°C
15 Iyun 2022 16:13
897
MARAQLI

Ən qəribə müalicə üsulları... 

Balta ilə, ilanlarla tibbi müdaxilə...

Hər birimizə yaxşı məlumdur ki, bu gün ünyada tibb elmi durmadan inkişaf etməkdədir. Amma buna baxmayaraq, bizim üçün çox qəribə görünən tibbi müalicə metodları var ki, onlar hələ də tətbiq edilir.
   
Misal üçün mətbəx baltası – çapacaqla müalicə üsulu çoxumuz üçün inanılmaz görünə bilər. 

 Son illərə qədər Çin və Tayvanda bu gün hamımızın evində istifadə etdiyi ət doğradığımız mətbəx baltası – çapacaqla müalicə geniş yayılmışdı. Nə qədər qəribə də olsa, iti kəsici imkanları olan bu çapacaqlardan masaj məqsədilə istifadə ediblər. Çapacağı bədənə yumşaq toxundurmaqla onu irəli-geri hərəkət etdiriblər. Bu qəribə masaj növü əsasən insanın bel, baş əl-ayaq nahiyələrində tətbiq edilirdi. Müalicəvi funksiyası isə qanın bədəndə normal axınını təmin etmək, bədənin bir nöqtəsində ilişib qalan enerjini bütün bədən boyunca hərəkət etdirməkdən ibarət olub. Çapacaqla masajın ən önəmli cəhəti bədəndə yatan enerjini oyatmaq və insanda aktivliyi bərpa etməkdir. Bu üsul Çinin bəzi yerlərində indi də tətbiq edilir. 

 Bundan başqa qırmancla müalicə də fərqli üsullardan biridi.

 Bu müalicə üsulu qədim dövrə yox, XXI əsrin Rusiyasına aiddir. Sibirdə psixoloji klinikada tətbiq edilir. Əsasən narkotikdən, alkoqollu içkilərdən istifadə edənləri və cinsi əlaqə aludəçilərini müalicə etmək üçün tətbiq olunur. Bu qəribə müalicə üsulu qırmanclama vasitəsilə həyata keçirilir. Arxası üstə uzanan, içki, narkotik aludəçiliyindən əziyyət çəkən pasiyent qırmanclanır. Üsulu ilk dəfə sınaqdan keçirən rus psixoloqlarının fikrincə, qırmanc zərbələri bədənin narkotik və spirtli içkiyə tələbatını azaldır. Müəyyən müalicə kursundan sonra həmin tələbatlar sıfıra yaxınlaşır. Onu da qeyd edək ki, bu, at qırmancı deyil, o qədər də çox ağrı verməyən materialdan xüsusi üsulla hazırlanır. Deyilənlərə görə, sadalanan xəstəlikləri başqa yerdə müalicə edə bilməyənlər burada müsbət nəticə əldə ediblər.
 

Xalq təbabəti üsullarından krtof qabığı ilə müalicə 

Yanıq yeri uzun müddət kartof qabıqları ilə müalicə edilib. Bunun ilk səbəbi təbii ki, daha ucuz vasitə olması idi. Amma həqiqətən də yanıqların sağalmasında kartof qabığının xeyri çox olub. O, nəmi uzun müddət tərkibində saxladığı üçün yanıqdakı göynərtini azaldıb. Həm də kartof qabığının tərkibində olan xüsusi kimyəvi maddələr dəridəki duzluluğu aradan qaldırdığı üçün yaranın sakitləşməsi və daha tez sağalmasına səbəb olub. 

"Özünü yandırmaqla” müalicə

Bu üsul da ilk dəfə Çində tətbiq edilib. Çində mikrobdan əziyyət çəkəm Jui Binti adlı gənc maddi imkansızlıq səbəbindən müalicə oluna bilməyib. Əlacı hər yerdən kəsilən gənc qəribə bir müalicə üsuluna əl atıb. Çünki həkimlərdən qanındakı mikrobların ancaq yüksək temperatur nəticəsində məhv olacağını eşidib. Odur ki, yüngül ocaq qalayaraq yarım metr hündürlüyündə iki qalın ağac parçasını həmin ocağın üzərinə qoyub. Sonra arxası üstə ağacların üzərinə uzanıb. 25 yaşlı gənc bu addımı ilə çoxlarının diqqətini özünə çəkə bilib.

Beyni yarmaqla müalicə

Beyindəki miqren ağrılarını, yüksək beyindaxili təzyiqin əzablarından qurtulmaqdan ötrü nəinki Şərq, eləcə də orta əsrlər Avropasının özündə də beyində dəliklər açaraq bu ağrıların azalmasına inanıblar. Deyilənlərə görə, bu üsul tibbi və elmi cəhətdən inkişaf etməyən bir çox ucqar yerlərdə hələ də qalmaqdadır. Onlar bununla ağrıların beyindən çıxacağına inanırlar. 
 

İlanlarla müalicə

Bu üsul İsrailin bir elmi tədqiqat institutunda aparılıb. Burada revmatizmi məhz diri ilanların vasitəsilə müalicə ediblər. Tədqiqatın nəticələri mərkəz tərəfindən gizli saxlanılıb. Lakin alimlər israrla bu müalicənin ev şəraitində aparılmamasını tövsiyə ediblər. 

Çiy tütünlə müalicə 

Çiy tütün uzun müddət qulaq ağrılarının ən yaxşı dərmanı hesab edilib. Sarsıdıcı qulaq ağrısından əziyyət çəkən adamın qulağına tütünü topa halında qoyaraq bağlayıblar. Tütün ağrıları keyidirmiş. 

Şokoladla sarımsağı qarışdırmaqla müalicə 

Bu sintez yəqin ki, bir çoxlarına qəribə gəlir. Bir tərəfdə şirin şokolad, digər tərəfdə isə acı sarımsaq. Amma insanlar yaddaş zəifliyini aradan qaldırmaq, hafizəni möhkəmləndirmək üçün bu qarışıqdan istifadə ediblər.
 

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ