Ərdoğan BMT-nin mənzil qərargahındakı LGBT bayraqlarından şikayət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin mənzil-qərargahında göy qurşağı bayraqlarının yerləşdirilməsindən şikayət edərək, onları LGBT bayraqları ilə müqayisə edib.
Adalet.az xəbər verir ki, o, bunu BMT-nin baş katibi Antonio Quterreşlə müzakirə etmək istədiyini bildirib.
“Məni ən çox narahat edən problemlərdən biri BMT Baş Assambleyasına daxil olanda pilləkənlərdə və başqa yerlərdə LGBT rənglərini görməkdir”, - Türkiyə lideri bildirib.
Ərdoğan dünyada LGBT nümayəndələrinin və tərəfdarlarının sayını şübhə altına alıb və onların da buna qarşı çıxanlar qədər hüquqları olduğunu qeyd edib.
Diplomatların sözlərinə görə, Ərdoğan LGBT bayrağını 2015-ci ildə dünya liderləri tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərini - aclığın, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyi və bərabərsizliyə qarşı mübarizə, gender bərabərliyinin təşviqi və s.-ni simvolizə edən bayraqlarla qarışdırıb.
Digər Xəbərlər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33
İranın daxili işlər naziri Qətərə səfər edib
05 Oktyabr 2026 17:26
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
05 Oktyabr 2026 17:15
Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu - Kapitan həlak olub
05 Oktyabr 2026 13:52


Bakı -°C

