Ərdoğan Brüssel görüşündəki müsbət nəticələri yüksək qiymətləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
Digər Xəbərlər
07 Aprel 2026 17:25
Baş nazir məmurları topladı - İclas keçirdi - FOTOLAR
07 Aprel 2026 16:43
Azərbaycanda bu qanun dəyişdi
07 Aprel 2026 16:41
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
07 Aprel 2026 16:38
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
07 Aprel 2026 14:43
Prezident Türkiyənin Baş prokurorunu qəbul etdi - FOTOLAR
07 Aprel 2026 12:23
“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 11:32


Bakı -°C

