Ərdoğan Fahrettin Altunu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirinin müavini Burhanəddin Duranı Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun yerinə təyin edib.
Adalet.az xəbər verir ki, bu haqda məlumat “Resmi Gazete”də dərc olunub.
Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) prezidenti təyin edilib.
Qeyd edək ki, Altun 2018-ci ildə qurulduğu gündən etibarən Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Altun Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) rəhbəri vəzifəsini Burhanəddin Durana təhvil verərək Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri olmuşdu.
Digər Xəbərlər

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO

Bu ölkədə ilk dəfə Hərbi Hava Qüvvələrinə qadın başçılıq edəcək
