Ərdoğan: HAMAS-ı terror təşkilatı kimi görmürəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HAMAS-ı terror təşkilatı kimi deyil, müqavimət təşkilatı kimi qiymətləndirdiyini deyib.
Adalet.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Ərdoğan HAMAS-ın əlindəki girovların azad olunmasını yalnız HAMAS-ın üzərinə yükləməyin yanlış olduğunu vurğulayıb və İsrailin Qəzzaya hücumlarını tənqid edib.
Ərdoğan həmçinin HAMAS-ın İsraildən silah baxımından güclü olmadığını deyib:
“Ola bilərmi deyək ki, HAMAS silah baxımından İsraildən güclüdür? Xeyr, bu mümkün deyil. İsrail isə bu silahlardan qadın, uşaq, yaşlı fərq etmədən amansız şəkildə istifadə edir”.
Digər Xəbərlər

Oslonun hava məkanı bağlanıb

Nyu-Yorkda polis Makronun kortejini saxladı - Trampa ZƏNG ETDİ - VİDEO

Reuters: "Bir çox ölkələr Ukraynaya hərbi yardımı dayandıra bilər"

"Müharibə tezliklə bitməyəcək" - Ərdoğan

Putin Baydenin keçmiş köməkçisinə vətəndaşlıq verdi

Ədalətli sülh o zaman mümkündür ki... - Ərdoğan

Əhməd əl-Şaraa: İsrail Suriya ərazisindən çıxmalıdır
