adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2024 16:38
695
DÜNYA

Ərdoğan iyulda ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a əvvəllər təxirə salınmış səfər edə bilər.

Adalet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında deyib.

“Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”, – “Yeni Akit” qəzeti Bassın sözlərindən sitat gətirib.

Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Türkiyə rəsmilərinin əvvəllər bildirdiyinə görə, Ərdoğanın ABŞ-a səfəri mayın əvvəlinə planlaşdırılırdı.