Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı vəziyyəti daim nəzarəti altında saxlayır.
Bu barədə ölkənin Prezident Administrasiyasından verilən məlumatda bildirilib.
Qeyd olunub ki, dövlət başçısı ərazidə olan nazirlərlə tez-tez əlaqə saxlayır, yanğınların nəzarət altına alınması üzrə aparılan işlər barədə məlumat alır.
“Həyatını itirən vətəndaşlara Allahdan rəhmət diləyən Prezident Ərdoğan yanğınların nəzarət altına alınması və tamamilə söndürülməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb, yaraların sarılması üçün vətəndaşların yanında olduğunu ifadə edib”, - deyə məlumatda bildirilib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29