Ərdoğan NATO-nun baş katibi ilə nələri müzakirə edəcək?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Mark Rutte arasında bazar ertəsi Ankarada keçiriləcək danışıqların əsas mövzusu Ukrayna münaqişəsi və Ankaranın potensial vasitəçilik rolu olacaq.
Adalet.az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
"Türkiyə prezidenti Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatiyasını davam etdirir. Dünən o, Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb, bu gün o, NATO-nun yeni baş katibi Mark Rutte ilə Ukraynadakı vəziyyəti üz-üzə müzakirə edəcək”, - məlumatda deyilir.
Onlar həmçinin Suriyadakı terrorizm və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Bazar günü, noyabrın 24-də Rusiya prezidenti Vladimir Putin Kazanda başlayan söhbəti davam etdirmək üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Türkiyə lideri qeyd edib ki, Ankara Rusiya-Ukrayna münaqişəsində gərginliyin aradan qaldırılması üçün səylərini davam etdirəcək və onun nizamlanması proseslərinə töhfə verəcək.
Digər Xəbərlər
21 Yanvar 2026 09:50
"İranda 837 nəfəri edamdan xilas etdik" - Tramp
21 Yanvar 2026 09:46
Trampın təyyarəsində problem yarandı - Geri qayıdır - YENİLƏNİB
21 Yanvar 2026 08:37
ABŞ NATO məsləhət qruplarındakı iştirakını azaldacaq
21 Yanvar 2026 08:20
Tramp: Ərdoğanı çox bəyənirəm, onunla vacib telefon danışığım olacaq
20 Yanvar 2026 23:53
İran “Starlink”i Rusiya “Topol”u ilə bloklayıb
20 Yanvar 2026 20:07
Kallas: Qrenlandiyanın suverenliyi ticarət mövzusu deyil
20 Yanvar 2026 20:00
Fon der Lyayen: Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır
20 Yanvar 2026 19:27


Bakı -°C

