adalet.az header logo
  • Bakı -°C
10 Noyabr 2026 18:27
90
GÜNDƏM
A- A+

Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksinin açılışı olub.

Bu barədə Adalet.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinin dəstəyi ilə yaradılan kompleksin təməli 2022-ci il oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.