Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər

Ceyhun Bayramov Kallasla görüşdü

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə müzakirə apardı

Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb

Rəşad Nəbiyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

“Əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar...” – Zərdüşt Əlizadə

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Prezident: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar
