Ərdoğan sülh prosesindən məmnunluğunu ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
Adalet.az TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib.
Prezident Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.
Dövlət başçısı, həmçinin Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların da dəyərləndirildiyini qeyd edib.
Digər Xəbərlər

İlham Əliyev: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır

Prezident Şahbaz Şəriflə görüşdü - YENİLƏNİB

İlham Əliyev Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşdü

Prezident Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq? - AÇIQLAMA

İlham Əliyevin Maldiv Prezidenti ilə görüşü oldu - FOTO + YENİLƏNİB

Fransa səfiri Azərbaycanı tərk etdi
