Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq

Şanxay Əməkdaşlıq Təşkilatı “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin (ŞƏT) “Tiencin Bəyannamə”sində qeyd edilib.
Bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.
Digər Xəbərlər

Arzu Əliyeva anası ilə Çindən fotolarını paylaşdı

Səhiyyə Nazirliyində Fələstin səfiri ilə görüş keçirildi

Bəzi işçi qrupların tərkibi genişləndirildi - Sərəncam

Vilayət Eyvazov Naftalanda 8 rayon üzrə vətəndaşları qəbul edəcək

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Paşinyan və xanımı Çin lideri ilə görüşə Azərbaycan musiqisinin sədaları altında gəldilər - VİDEO

İlham Əliyev və Paşinyan ilk dəfə xanımları ilə bir araya gəldilər - FOTOLAR
