Multikulturalizm Mərkəzi beynəlxalq əməkdaşlığını genişləndirir
Venesiya Film Festivalı çərçivəsində keçirilən “Birləşdirən bağlar: Anlaşmaya və insan qardaşlığına səyahət” mövzusunda Forumda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədin məqsədi tolerantlıq, qarşılıqlı hörmət və insan qardaşlığı prinsiplərinin təşviqi, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin regional və qlobal miqyasda birgə layihələrin həyata keçirilməsidir.
Memoranduma əsasən tərəflər informasiya və nəşrlərin mübadiləsini aparacaq, gənclərin təşəbbüslərinin dəstəklənməsi, mədəniyyətlərarası mübadilə proqramlarının hazırlanması və potensialın artırılmasına dair təlimlərin təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Bundan başqa, birgə beynəlxalq konfranslar, seminarlar və maarifləndirici kampaniyalar keçirəcəklər.
İki il müddətinə imzalanan memorandum həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin akademik şəbəkəsi vasitəsilə insan qardaşlığına dair tədqiqatların təşviqini və nəticələrin monitorinq mexanizmlərinin hazırlanmasını nəzərdə tutur.
Tərəflər bəyan ediblər ki, Anlaşma Memorandumu xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə, qarşılıqlı etimad və anlaşma mühitinin gücləndirilməsinə xidmət edəcək. Bu əməkdaşlıq həmçinin müxtəlif mədəniyyət və dinlər arasında dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin daha geniş yayılmasına, gənclərin sülh və birgəyaşayış dəyərlərinə bağlılığının artırılmasına mühüm töhfə verəcək. Qeyd olunub ki, sənədin icrası təkcə iki tərəf arasında deyil, həm də regional və qlobal miqyasda humanist prinsiplərin təşviqinə, multikultural dəyərlərin qorunmasına, sülh və sabitliyin möhkəmləndirilməsinə yeni imkanlar açacaq.
Qeyd edək ki, İnsan Qardaşlığının Ali Komitəsinin məqsədi, bəşəriyyətin rifahı naminə mədəniyyətlər və dinlər arasında körpülər qurmaq, qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirməkdir.
Digər Xəbərlər
16 Yanvar 2026 13:58
“Hacıbala Bakıdakı evlərindən birini mənə versin, barışaq, yoxsa...” – Şeyx Əbdül
13 Yanvar 2026 13:01
Şəhid kəşfiyyatçı Leytenant Vüsal Muradovun xatirə gecəsi keçirilib
13 Yanvar 2026 09:12
"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO
12 Yanvar 2026 13:27
QAZAX ALBAN MƏBƏDİ - ALBAN MEMARLIĞININ İNCİLƏRİNDƏN BİRİ
09 Yanvar 2026 17:53
Bəzi tarixi mədəniyyət abidələrinin adları bərpa edildi
09 Yanvar 2026 16:54
“Sarı gəlin”in İranda erməni mahnısı kimi təqdim edilməsinə münasibət
09 Yanvar 2026 12:05
“Üzeyir Hacıbəyli Mükafatı”nı qazanan müəllimlərin sayı açıqlandı
07 Yanvar 2026 12:43


Bakı -°C

