Ərdoğan: Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir

Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Suriyada xalqın illərdir davam edən mübarizəsi nəticəsində gəlinən mərhələ bölgə üçün ümidlər yaradıb:
"Bu məsələdə beynəlxalq ictimaiyyətin maliyyə dəstəyini davam etdirməsi və yeni idarəçiliklə əlaqələrin inkişafı etdirilməsi üçün kritik və vacib dövrdür. Digər mühüm region olan Əfqanıstanda əfqan xalqının təhlükəsizliyini, sülhünü və inkişafını dəstəkləməliyik".
Ərdoğan son günlər Pakistanda baş vermiş dəhşətli terror aktına görə başsağlığı da verib.
Digər Xəbərlər

Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

"Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb" - Pezeşkian

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR

Prezident İsrail-İran qarşıdurmasında Azərbaycanın mövqeyini AÇIQLADI

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB
