23 Sentyabr 2025 15:03
472
DÜNYA

Ərdoğan Trampla F-35-lərin alınmasını müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar aparacaq. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə lideri "Fox News"a müsahibəsində açıqlayıb. 

"Hazırda biz bu məsələ ilə bağlı yenidən danışıqlar aparmağa hazırlaşırıq", - Ərdoğan qeyd edib. 

O, ABŞ-nin həm F-35, həm də F-16 qırıcılarının istehsalı və texniki xidməti baxımından ondan tələb olunan hər şeyi edəcəyinə ümid etdiyini bildirib.