Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24:27 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzməkdə 1:01.58 nəticə ilə qızıl, ikinci gündə isə 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə bürünc medal əldə edib.
Digər Xəbərlər

Alina Kabayevanın akademiyası III MDB Oyunlarında iştirak edəcək

“Qarabağ”ın rəqibi İtaliya millisinin futbolçusu ilə müqaviləni yenilədi

Azərbaycan Kubokunda ilk oyunlar eyni saatda başlayacaq
