Tramp Putinlə telefonla DANIŞDI - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, söhbətdə əsas diqqət İran ətrafındakı vəziyyətə, həmçinin ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinə dair aparılan üçtərəfli danışıqlara yönəldilib.
Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Putin İran münaqişəsinin mümkün qədər tez siyasi-diplomatik yolla tənzimlənməsinə yönəlmiş bir sıra fikirlərini səsləndirib. O, İran Prezidenti və bir sıra digər dövlət rəhbərləri ilə apardığı danışıqlar barədə məlumat verib.
Öz növbəsində Donald Tramp ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatın gedişatından danışıb. Uşakovun sözlərinə görə, liderlər arasında bu mövzuda konkret və faydalı fikir mübadiləsi aparılıb. Bundan əlavə, Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Ukraynadakı münaqişənin tezliklə atəşkəslə və uzunmüddətli siyasi həll yolu ilə başa çatdırılmasında maraqlı olduğunu bir daha ifadə edib. Telefon danışığı zamanı Rusiya tərəfi Donald Trampın komandası və onun şəxsi vasitəçilik səylərinə müsbət qiymət verib.
XXX
09.03.2026, 23:35
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.
Digər Xəbərlər
14 Aprel 2026 11:55
Məktəbə silahlı hücum: yaralılar var - Türkiyədə
14 Aprel 2026 11:26
ABŞ və İran rəsmiləri yenidən görüşəcək
14 Aprel 2026 10:46
Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib – Politoloq
14 Aprel 2026 10:31
Baş nazirin arvadı korrupsiyada ittiham olunur
14 Aprel 2026 09:35
Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi - Almaniyada
14 Aprel 2026 09:21
İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik - Vens
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46


Bakı -°C

