ABŞ və İran rəsmiləri yenidən görüşəcək
Diplomatik səylər müsbət nəticələr verdiyindən İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın gələcəkdə keçiriləcək.
Adalet.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
Asifin sözlərinə görə, atılan diplomatik addımlar konstruktiv istiqamətdə irəliləyir.
Qeyd edək ki, ötən gün “Atlantik” nəşrinin yazarı Araş Əzizi Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsinin 16 apreldə İslamabadda keçirləcəyi bildirmişdi.


Bakı -°C

