Kamran Əliyev bir sıra xarici həmkarları ilə görüşlər keçirir
Daha öncə məlumat verildiyi kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinli həmkarının dəvəti əsasında Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdədir. Bu çərçivədə Kamran Əliyevlə Çində işgüzar səfərdə olan İsveçrə Konfederasiyasının Baş prokuroru Stefan Blattle arasında ikitərəfli görüş keçirilib.
Adalet.az xəbər verir ki, Bakı şəhərinə əvvəlki səfərini xüsusi məmnuniyyətlə xatırlayan cənab Blattle göstərilmiş yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, müşahidə etdiyi müsbət tendensiyaları vurğulayaraq ölkəmizin sürətli inkişafının, cinayətkarlığa qarşı uğurlu mübarizə siyasəti nəticəsində kriminogen vəziyyətin nəzarət altında olmasının və təhlükəsizliyin yüksək səviyyədə olmasının şahidi olduğunu qeyd edib. O, həmçinin bildirib ki, beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olan Azərbaycan sülh və sabit əməkdaşlıq platformasına çevrilib, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edib.
Öz növbəsində Kamran Əliyev qeyd edib ki, qloballaşan dünyada transmilli cinayətkarlıq da ölkələrin sərhədlərini aşır. Bu baxımdan ölkələrimizin prokurorluq orqanları arasında birbaşa dialoq kanallarının olması vacibdir. Bununla yanaşı, o, prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin sıxlaşmasının hüquq sistemlərinin yaxınlaşması və təcrübi məsələlərin operativ həllinə töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin hüquqi bazasının genişləndirilməsi, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət törətmiş şəxslərin verilməsi məsələlərinin praktiki məqamları müzakirə edilib.
Digər Xəbərlər
14 Aprel 2026 18:19
Kəmaləddin Heydərova iki yeni müavin TƏYİN EDİLDİ
14 Aprel 2026 18:10
Qeydiyyatda olan işsiz şəxslərin sayı nə qədərdir?
14 Aprel 2026 17:53
Azad edilən ərazilərdə yaşayan əhalinin SAYI
14 Aprel 2026 17:49
Nikah və boşanmaların sayı məlum oldu
14 Aprel 2026 17:17
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi - FOTO
14 Aprel 2026 16:58
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
14 Aprel 2026 16:58
Sabiq nazir müavini müşavir təyin edildi
14 Aprel 2026 11:06


Bakı -°C

