adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 15:03
91
ŞOU-BİZNES
A- A+

Aktyor: “O qapılar üzümə bağlıdır”

Aktyor İbrahim Çingiz atası əməkdar artist Çingiz Əhmədovla bağlı etiraf edib

Adalet.az xəbər verir ki, o,  uzun zaman atasının tanınmış adam olduğunu gizlədib:

“Nə orta məktəbdə, nə də ali məktəbə atamın adından istifadə etmişəm. Bununla bağlı heç bir yerdə danışmamışam. Bu, həmişə mənə artıq yük kimi görünüb. Yalnız 22 yaşımdan sonra atamın kimliyi haqda danışmışam. Uşaqlıq illərim başqa bir dövr idi. İnsanlar sənət adamlarına böyük dəyər verirdilər. Bilirdim ki, atam üçün hər yerdə qapılar açıqdır. Bu da mənə çətinlik yaradır. Bilirsən ki, həmin qapılar üzünə bağlıdır və o qapıları sən özün açmalısan”.

Əntiqə