Aktrisa: ““Bəyaz həyat”la ekranlara qayıtdım”
Aktrisa Vəfa Zeynallı bir zamanlar teatrdan uzaq düşməyindən danışıb.
Adalet.az bildirir ki, aktrisa hansı səbəbdən sevdiyi işindən uzaqlaşdığını söyləyib:
“Gənc yaşlarımdan həm ana olmuşam, həm də sənətə gəlmişəm. Ailə qurduğum zamandan təxminən 5 il səhnədə görünmədim. Köhnə tamaşalarda gəlib iştirak etsəm də, yeni repertuarda yer ala bilmirdim. Həmin dövr serialların daha çox çəkilən dövrü idi. Ekranlardan uzaqlaşsam da, hamı seirallara çəkilməyə məni dəvət edirdi. Bütün seriallar üçün uyğun obraza çevrilmişdim. Övladlarımın səhhəti ilə bağlı 5 il hər şeydən uzaqlaşmışdım. Ancaq “Bəyaz həyat” serialı ilə ekranlara geri döndüm. “Yanmış körpülər” serialı da həmin dövrdə izləyicilər tərəfindən çox sevilməyə başladı”.
Əntiqə


Bakı -°C

