Ərdoğanın müavini istefa verib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya istefa verib.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, Kaya müxalifətin onun və həyat yoldaşının iştirakı ilə həyata keçirilən birja əməliyyatı ilə bağlı ittihamları fonunda postunu tərk edib.
Əvvəllər ailə və sosial siyasət naziri vəzifəsini tutan Kaya daha sonradan “X” hesabında məsələ ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, ölkə Prezidenti və partiyanın sədri Rəcəb Tayyib Ərdoğandan xahiş edib ki, onun partiyadakı səlahiyyətlərinə son versin.
Türkiyəli rəsmi bildirib ki, o, haqqındakı ittihamların onun partiyadakı fəaliyyətindən müstəqil olaraq araşdırılması və postunun siyasi mübahisənin bir hissəsinə çevrilməməsi məqsədilə bu qərarı verib.
Digər Xəbərlər
29 Oktyabr 2026 19:01
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
29 Oktyabr 2026 11:50
Türk dövlətləri üçün həmrəylik strateji zərurətdir - Ərdoğan
29 Oktyabr 2026 10:59
“Hraparak”: Ermənistan Prezidentinin səhhəti son həftələrdə pisləşib
29 Oktyabr 2026 09:44
Avropa İttifaqı geri addım atdı
29 Oktyabr 2026 09:22
Tramp Hörmüz boğazına öz adını vermək istəyir
29 Oktyabr 2026 09:16
İran ABŞ-yə yeddigünlük plan təklif etdi
29 Oktyabr 2026 08:17
“Fikrimi soruşdu, razılaşdım” - Vensin İrana məktubundan danışdı
29 Oktyabr 2026 07:42


Bakı -°C

