Ərdoğanın müavini Naxçıvana gəlib - YENİLƏNİB

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın baş meydanında ucalan abidəsini ziyarət edib.
***
12:15
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.
Adalet.az xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.
“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq.
Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, - o bildirib.
Onun Naxçıvana yerli vaxtla 15:40-da çatması planlaşdırılır. Daha sonra bir sıra görüşlər baş tutacaq. Kürşad Zorlu növbəti gün İğdıra ziyarət edəcək.
Digər Xəbərlər

Pensiyalar bütün şəhər və rayonlarda eyni vaxtda verilə bilər? - AÇIQLAMA

Şahin Kazımzadə yüksək posta TƏYİNAT ALDI

Bakı metrosunda interval 1 dəqiqə 45 saniyəyə endirildi

Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur

Hadruta və Xocalının Badara kəndinə ilk köç karvanı yola salındı

Kəlbəcərə ilk qar yağıb - VİDEO

Fazil Mustafa: Şəhidlər Xiyabanına girişi məhdudlaşdırmaq çətindir
