Ərdoğanın səhhəti pisdir? - RƏSMİ AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi barədə iddialar yayılıb.
Adalet.az xəbər verir ki, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) iddialarla bağlı açıqlama verərək yayılan məlumatları təkzib edib:
"Bir YouTube kanalında prezidentimizin səhhətinin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən yayımda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də Prezidentliyi hədəf alır və təhqirlər ehtiva edir. Prezidentimiz Türkiyə Cümhuriyyətinin dövlət başçısı olaraq konstitusion səlahiyyət və vəzifələrini yerinə yetirir və millətimizə xidmət etmək üçün böyük səylə mübarizə aparır.
Möhtərəm Prezidentimizlə görüşən dövlət başçıları, siyasətçilər, digər rəsmilər onun məsələlərdən nə qədər məlumatlı olduğunu, yaddaşının nə qədər güclü olduğunu, qərarlarında nə qədər qətiyyətli olduğunu bilirlər.
Digər tərəfdən, jurnalistika anlayışını və ciddiliyini heçə sayan, heç bir məsuliyyət və həssaslığı heçə sayan, sosial media platformalarında dezinformasiya yayan insanlar ancaq özlərini kiçik və gülünc göstərirlər" deyə məlumatda qeyd edilib..
Digər Xəbərlər
07 Fevral 2026 22:10
"Təbriklər, Amerika!" - Yenə özünü təriflədi
07 Fevral 2026 22:00
Hindistanda mədəndə güclü partlayış olub - Ölənlər var
07 Fevral 2026 21:00
NATO ölkələrinin birgə hərbi təlimləri keçiriləcək
07 Fevral 2026 20:38
Tramp Obama ailəsini meymuna bənzətməsindən danışdı
07 Fevral 2026 19:47
İsrail bu ölkənin artan hərbi imkanlarından narahatdır
07 Fevral 2026 19:11
Avropalı məmur və qızı Epşteynlə əlaqədə şübhəli bilinir
07 Fevral 2026 18:51
"Putin bu ərazidən əl çəkmir" - Ukrayna lideri
07 Fevral 2026 18:50


Bakı -°C

