Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: "Belə bir məsələ olarsa, xəbər veriləcək".
Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində bildirmişdi ki, Ərdoğanın Ukraynaya səfərinə hazırlıq görülür.
Digər Xəbərlər

Tramp Hindistan məhsullarına əlavə rüsum tətbiq etdi

Mirzoyan da ABŞ-yə gedir

Ərdoğan: 2002-ci ildən bu günə qədər 13 min 291 tarixi sənət əsəri Türkiyəyə qaytarılıb

Ermənistan ordusunun hərbçiləri qəzaya düşdü - Ölən var

Polşanın yeni Prezidentinin andiçmə mərasimi keçirilib

Uitkoffla danışıqlar faydalı və konstruktiv keçib - Uşakov

Pezeşkianın oğlundan SƏRT AÇIQLAMA - Azərbaycanla müharibə etmək...
