Ərdoğanla müqaviləni imzalamaq istəmədi, kəskin tapşırıq aldı - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Baş Naziri Əli ez-Zeydinin Beştəpədə keçirdiyi birgə mətbuat konfransından sonra təşkil olunan imzalama mərasimində gözlənilməz anlar yaşanıb.
Adalet.az xəbər verir ki, iki ölkə arasında 5 müqavilə imzalanması nəzərdə tutulsa da, “İnkişaf Yolu” müqaviləsi üçün masaya əyləşən İraqın nəqliyyat naziri Vəhb Həsəni mətni imzalamayıb. Onun bu davranışı Ərdoğanın təəccübünə səbəb olub.
"Hakan, (Hakan Fidan - red.) 5 saziş imzalanmayacaqdı?" deyə o soruşub.
Yaranan gərginliyə dərhal İraqın Baş Naziri Əli ez-Zeydi müdaxilə edib. O, iştirakçıların gözü qarşısında nazir Həsəniyə müqaviləni imzalaması barədə kəskin tapşırıq verib.
Baş nazirin xəbərdarlığından sonra nazirin sənədə qol çəkməsi ilə anlaşılmazlıq aradan qaldırılıb. Hadisənin İraq nümayəndə heyəti arasında yaranan texniki problemdən qaynaqlandığı bildirilir.


Bakı -°C

