Əri səfərbərliyə çağrılan qadın əsəbləri pozuldu, qızını bıçaqlayıb öldürdü
Rusiyanın Perm vilayətinin Bərdə kəndində dəhşətli qətl hadisəsi baş verib.
Ərinin səfərbər olunduğunu bilən qadın əsəb pozuntusu keçirib və 6 yaşlı qızını bıçaqlayaraq öldürüb. Ardınca da özü intihara cəhd edib.
Bu barədə Rusiya Federasiyasının Perm vilayəti üzrə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qadın əri ilə mübahisə edib, 10 il əvvəl kəşfiyyatda xidmət edən ərini səfərbərliyə buraxmaq istəməyib. Sonra qızının otağına girib və 6 yaşlı qızını ürəyindən bıçaqlayıb. Bundan sonra qadın öz həyatına son qoymağa çalışıb.
Uşağı xilas etmək mümkün olmayıb, ana isə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, qadın neft quyusunda qazmaçı işləyən 29 yaşlı əri Raminlə birlikdə yaşayıb. Cütlüyün iki uşağı olub.
Digər Xəbərlər
27 Sentyabr 2026 19:34
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
27 Sentyabr 2026 17:50
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
27 Sentyabr 2026 17:42
Afrika parçalanır, yeni okean yaranır
27 Sentyabr 2026 17:21
Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb
27 Sentyabr 2026 17:15
İsrail ordusu HƏMAS komandirini öldürdü
27 Sentyabr 2026 17:02
Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
27 Sentyabr 2026 16:29
Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
27 Sentyabr 2026 16:26


Bakı -°C

