Erməni əsilli rejissorun filmi “Oskar”a təqdim edilmədi
Sentyabrda erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
Adalet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında bildirib.
"Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq", - A.Hacızadə qeyd edib.
Digər Xəbərlər
28 Oktyabr 2026 22:01
İlham Əliyev İspaniyaya başsağlığı verdi
28 Oktyabr 2026 20:24
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
28 Oktyabr 2026 20:18
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
28 Oktyabr 2026 20:16
Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb - FOTOLAR
28 Oktyabr 2026 19:00
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
28 Oktyabr 2026 18:20
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
28 Oktyabr 2026 17:41
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
28 Oktyabr 2026 16:33


Bakı -°C

