Erməni kilsəsi "Kalaşnikov"u yerə qoymaq istəmir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən olan ravvin Artur Şnayerlə Nyu York Park East sinaqoq kompleksində görüşüb.
QMİ-nin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşün əvvəlində Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını Ravvin Artur Şnayerə çatdırıb. QMİ sədri və Fondun rəhbəri arasında yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq münasibətləri ruhunda səmimi şəraitdə baş tutan görüş zamanı müasir dövrdə dinlərarası dialoqa dair məsələlərə toxunulub.
Ravvin Şnayer hazırki görüşün olduqca əlamətdar bir dövrdə - Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalandığı, Yaxın Şərqdə sülhün bərqərar olacağının gözlənildiyi, həmçinin, yəhudi xalqının Sukkot bayramını qeyd etdiyi vaxtda keçirildiyindən öz sevincini ifadə etdi. A.Şnayer bu yaxınlarda ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin iştirakıyla Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə məmnuniyyətini dilə gətirdi, Cənubi Qafqazda, Fələstində, Qəzzada, o cümlədən, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar edilib davamlı olması üçün dualar etdi.
Şeyxülislam A.Paşazadə A.Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyinə toxunaraq, bununla da bölgədə sülhün bərqərar olunmasına töhfə verdiyini vurğuladı, Azərbaycan dindarları adından və şəxsən öz adından təşəkkür etdi.
A.Şnayer A.Paşazadə ilə uzun illər davam edən əməkdaşlığını, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada saldı.
Dini liderlər olaraq həm özünün, həm A.Paşazadənin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan A.Şnayer bundan sonra da Azərbaycan və Ermənistan dini liderləri arasında dialoq müstəvisinin davam etməsinin vacibliyinə diqqəti çəkdi. Bununla bağlı QMİ sədri qeyd etdi ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.
"Qəribədir, adətən siyasilər müharibə törədir, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırırlar. İndi isə gördüyümüz mənzərə tam tərsidir - siyasi rəhbərliklər sülhə doğru addımlar atır, erməni kilsəsi isə hələ də əlindən "Kalaşnikov"u yerə qoymaq istəmir", - Şeyxülislam qeyd edib.
A.Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda Şnayerə məlumat verib:
"Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər - məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur".
A.Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək mənəvi dəyərlərin himayədarı olduğuna, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir.
A.Şnayer Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini qeyd edib.
Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və A.Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamladı və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə etdi. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oncüllük etdiyini qeyd etdi, bu müstəvidə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi rol oynadığını alqışladı.
Görüşdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim də iştirak edib.
Digər Xəbərlər
11 Aprel 2026 10:52
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub
11 Aprel 2026 10:34
Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
11 Aprel 2026 10:29
Yasamalda avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO
11 Aprel 2026 09:49
Prezident balaca Ayazın ailəsinə “Kamaz” hədiyyə etdi - VİDEO
10 Aprel 2026 19:15
Bakıda Xameneiyə anım mərasimi keçirildi - FOTOLAR
10 Aprel 2026 17:04
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi - VİDEO
10 Aprel 2026 17:03
Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
10 Aprel 2026 16:36


Bakı -°C

