29 Noyabr 2024 11:02
117
GÜNDƏM

Erməni saxtakarlığına "soyqırım" deyən ABŞ-ın  qanlı əməlləri: Send-Krik Qətliamı-160

Bəzən dünyadakı yeni kəşflərin bəşəriyyətə xeyrindən çox ziyanı dəyir. Belə kəşflərdən biri də Şimali Amerikanın tapılmasıdır. İl 1492-ci il. Məşhur səyyah Xristofor Kolumb həmin il Amerikanı kəşf etdi. Bundan təqribən 100 il sonra Kolumbun kəşf etdiyi “Yeni Dünya”ya Avropa axın etməyə başlandı.

İşğalın, soyqırımın hər növündən istifadə emiş “təcrübəli” avropalılar vərdişlərini və fürsətlərini fövtə vermədilər. Başladılar okeanın o tayındakı ucsuz-bucaqsız torpaqları sürətlə işğal etməyə.

İşğal nəticəsində yüzlərlə hindu tayfaları – daha dəqiq yerli amerikalılar əsrlərlə yaşadıqları ərazilərdən qovuldu, tarixi torpaqlarından, meşələrindən, otlaqlarından, göllərindən, dədə-baba məskənlərindən məhrum oldular. Amma toplu-tüfəngli düşmənə qarşı mətinliklə döyüşürdülər, yay-oxla, qılıncla, ağac parçası ilə!

Adalet.az xəbər verir ki, avropalıların Amerika qitəsində təşkil etdiyi ən böyük qətliamlarından birindən 160 i ötür. Tarixə Send-Krik Qətliamı kimi düşən o faciə 1864-cü ilin bu günü baş tutdu.

Mənbələr o məşum hadisənin baş tutması ilə bağlı araşdırmalarında yazırlar ki, Avropadan gəlmiş ağdərililərin hakimiyyət orqanları 1858-ci ildə Kolorado dağlarında qızıl tapdıqdan sonra daha aqressiv mövqe sərgiləməyə başlayır. Qızıl axtaranlar hindulara məxsus qızıl yataqlarına axın edir. Belə bir axın hinduları qəzəbləndirir, ora gələnlərlə aralarında qarşıdurmalar yaradırdı.

Yerli qəbilələrin başçıları o dövrdəki ABŞ rəsmiləri ilə yeni bir müqavilə imzalaladı və bu müqavilə nəticəsində hindular öz ərazilərinin əksərindən məhrum odular. Yəni, hinduların ərazisi təxminən 13 dəfədən çox azaldıldı. Ağların nəzarəti altında yaşamayacaqlarını deyən hindularla ABŞın ağ dərili hakimiyyəti arasında qarşıdurmalar davam etdi.

Xüsusən, on qəbilədən ibarət şayenər bu haqsızlıqla barışmırdılar. Bu ABŞ hökümətinin əsəbləşdirirdi. Beləliklə, 1864-cü ildə Amerika qoşunları müharibə elan etmədən şayenlərin bütün yaşayış məntəqələrini dağıtmağa başladı.

Nəticədə məntəqələrin 10%-ni məhv etdilər. Leytenant Corc S. Ayranın rəhbəri olduğu bölmələr şayenlərin Kanzasdakı Smoki Hill çayı sahilindəki yay ov düşərgəsinə yaxınlaşdılar. Hindu qəbilə başçıları sülh danışıqları aparmaq üçün gəlsələrdə, öldürüldülər. Bu hadisə, Kanzasdakı şayenlərin qisas müharibəsinə səbəb oldu.

1864-cü ildə Amerika qoşunları müharibə elan etmədən şayenlərin bütün yaşayış məntəqələrini dağıtmağa başladı. Nəticədə məntəqələrin 10%-ni məhv etdilər]. Leytenant Corc S. Ayranın rəhbəri olduğu bölmələr şayenlərin Kanzasdakı Smoki Hill çayı sahilindəki yay ov düşərgəsinə yaxınlaşdılar. Hindu qəbilə başçıları Arıq Ayı və Ulduz sülh danışıqları aparmaq üçün gəlsələrdə, ancaq öldürüldülər. Bu hadisə, Kanzasdakı şayenlərin qisas müharibəsinə səbəb oldu.
Noyabrın 28-də Koloradonun 1-ci və 3-cü süvari alaylarının 700 ən çox döyüşçür polkovnik Çevinqtonun rəhbərliyi ilə dinc hinduların düşərgəsinə yaxınlaşdılar.

Noyabrın 29-na keçən gecə əsgərlər və könüllülər əvvəlcədən qələbələrini qeyd edərək içki məslisi qurdular. 1864-cü il noyabrın 29-u səhəri Çevinqton əsgərlərinə düşərgəyə hücum etməyi əmr etdi. Bu məqamda maraqlı bir nüansı diqqətinizə çatdırıram: Deməli, ABŞ hökümətinin düşmən olduğunu anlayan amma buna inanmayan qəbilələrin bir çoxu düşərgəyə ABŞ bayraqları sancmışdılar.Ancaq əsgərlər ilk atəşi onlara açır.

Bəli, öldürülən ilk insanlar amerikalılarla barışıq imzalamış şayen qəbilə başçısıları olur.
Yenə də mənbələrdə deyilir ki, Çevinqtonun əsgərləri çox vəhşilik törətdilər. Onlar öldürülmüş kişilərin başının dərisini soyub, qadınların döşlərini kəsdirdilər. Cəsədlər tanınmaz hala salınmışdı. Heç bir müqavimət göstərməyən qadınlar və uşaqlar öldürülür, yaralılar sağ qoyulmurdu.

Qətliamı araşdıran Konqres komissiyasının sənədlərində deyilir:
Hinduların cəsədlərini gördüm, hissələrə bölünmüşdülər; təsəvvür etmək mümkün deyil çox sarsıdıcıdı; tanınmaz halda kiçik parçalara kəsilmiş qadınlar ... bıçaqlarla; baş dərisi, açıq kəllə sümüyü; iki aylıq körpələr... körpələrdən tutmuş döyüşçülərə qədər hər yaşda insanlar var idi...Və bu vəhşiliyi kim etmişdir? əlbəttəki, ABŞ ordusu...
Barmaqlar və qulaqlar bəzək əşyaları ilə birlikdə bədənlərdən kəsilmişdi. Kanyonun dibində qəlan aəbilə başçısı Ağ Antilopun cəsədinə xüsusi "diqqət" yetirilmişdi. Əsgərlər onun baş dərisini soymaqdan əlavə, onun burnunu, qulaqlarını və yanaqlarını çanta düzəltmək üçün kəsmişdilər..
Hətta gedərkən də əsgərlər düşərgədə tapılan yaralıları qətlə yetirməyə davam edir, hind çadırlarını talan edir və atları qaçırırdılar. Qətliamdan sonra Çevinqtonun əsgərləri parçalanmış cəsədlərin, o cümlədən qurbanların cinsiyyət orqanlarını və hətta insan embrionlarını trofey şəklində götürürdülər. Onlar öz "qənimətlər"ini Denver sakinlərinə göstərir, kişi və qadın cinsiyyət orqanlarını yalnız yəhərlərdən asmır, həm də şlyapalarını da "bəzəyirdilər
"( Bütün işğalçı imperatorların ən əsas dəsti xətti həmişə beə olub-red-Ə.R.)
Çevinqton 500–600 hindu döyüşçüsünün öldürüldüyünü iddia edirdi.

Tarixçi Alan Brinkli 133 hindunun qətlə yetirildiyini, onlardan 105 nəfərinin qadın və uşaq olduğunu yazırdı. Tarixə Sand-Krik qırğını adı ilə düşən bu dəhşətli qətliam 1865-ci ilin qışında sona çatsa da, sonrakı illərdə də davam etdi. Beləki, 1870 – ii ilin yanvarında Marias çayında qırğın, Beyker qətliamı kimi yadda qalan soyqırımlar başladı. Bu soyqrımlarda 217 qəbilə üzvü öldü.

Qeyd edək ki, Avropadan gələn ağdərililərin yerli əhali olan qızıldərililərə qarşı ən böyük soyqırımı qızıldərililərin yaşadığı ərazilərdə yaydıqları yoluxucu xəstəliklərlə olmuşdu. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdü. Səbəb çox əhşətli idi... Texasdakı Hindi Soyqırımı Muzeyində qorunan sənədə görə su çiçəyi infeksiyasının bulaşdığı yorğanlar Lenape hindilərinə Texas-Hindi müharibələri ərəfəsində texaslı əsgərlər tərəfindən verilmişdi. 1520-1770-ci ilər arasında Su çiçəyinə bölgədəki bütün qəbilələr yoluxmuş, çox az hindi sağ qalmışdı.

1636-1698-ci illərdə Bostonda altı yoluxma hadisəsi qeydə alındı. 1721-ci ildəki yoluxma isə ən ağırı idi. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi on üç koloniyanın yoluxulmamış hissələrinə yaymışdılar.
ABŞ İstiqlaliyyət müharibəsi ərzində - 1770-ci illərin sonunda su çiçəyi yoluxması yenidən başlamış və 125000 insan ölmüşdü. Pir Kalm “Şimali Amerika səyahəti” adlı əsərində hindi kəndlərinin cəsədlərlə dolu olduğunu və bu cəsədlərlə hələ sağ olan zəifləmiş hindilər üçün canavarların bayram etdiyini yazıbdı.
1832-ci ildə ABŞ federal hökuməti hindilər üçün su çiçəyi peyvəndi proqramı başlatdı. 1702-1703-cü illərdə indiki Kanada ərazisində yerləşən Kvebek şəhərinin əhalisinin dörddə biri su çiçəyi yoluxmasından öldü.

P.S. Bu da dünyaya demokratiya paylayan "nümunəvi demokrat ölkə" kimi tanınan ABŞ...


Əntiqə Rəşid