Erməni xəstəliyinin şiddəti: Mikaelyandan 8 may münasibəti ilə təbrik
Ermənistan parlamentində “Mənim addımım” fraksiyasının deputatı olmuş, hazırda "Yerkrapa" adlı terrorçu dəstənin sədri Sasun Mikaelyan hər ilin 8 mayında - yəni, Şuşa ermənilərdən təmizləndikdən sonra - çıxıb ağlına gələn, gözünə görünənən sayıqlamalarla açıqlamalar verir.
Məsələn 2023-cü ilin 8 mayında Qarabağda ordumuzun əzdiyi erməni əsgərlərin basdırıldığı Yerablur hərbi panteonundan açıqlamasında bildirmişdi ki, Hadrut və Şuşa azad edilməlidir:" Amma dillə deyil, əməllə. Mən Sparapeti ( rəhimsiz qatil, banda başçısı, 1991-ci ildə Ermənistanın ilk müdafiə naziri təyin olunmuş Vazgen Sarkisyan nəzərdə tutulur. Sparapet isə guya qədim və orta əsrlərdə Ermənistanda silahlı qüvvələrin baş komandanı olub, döyüşkən, igid erməni mənasında işlədilir) 90-cı illərdə hamımızı birləşdirə bildiyi üçün təbrik etmək istəyirəm və biz qalib gəldik”.
Adalet.az xəbər verir ki, bu il , yəni bir neçə saat əvvəl yenə Yerabluru ziyarət edən Sasun növbəti sayıqlamasını da açıqlayıb. Bizə qaranlıq olsa da əvvəl o, jurnalistlərlə söhbətində hərbçiləri, əhalini və ordunu bayram münasibətilə təbrik edib.
Mikayelyan Şuşanın işğal edilməsində iştirakını xatırladıb və həmin günün onun həyatında ən xoşbəxt günlərdən biri olduğunu qeyd edib:“Şuşinin işğal edilməsində mən də iştirak etmişəm, yaralanmışam. Ən xoşbəxt günlərimdən biri idi. Biz vətənimizin müdafiəçiləri eyni missiyanı yerinə yetirəcəyik, Vazgenin qoyduğu ("Böyük Ermənistanı quraq" red-ƏR) mesajı sona qədər yerinə yetirəcəyik”.
Xatırladaq ki, 2020-ci ildəki müharibədə çoxlu sayda üzvü (74 nəfər) ölən və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur. Hazırda 10 min nəfər üzvü olan terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.
P.S. Ay Allah görən bu xəstələr nəyin nostaljisini yaşayırlar?
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Dekabr 2025 11:11
DİN-dən pirotexniki vasitələrlə bağlı müraciət - VİDEO
23 Dekabr 2025 11:02
AZAL təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib
23 Dekabr 2025 10:34
“1995-ci ildən indiyədək həyata keçirilmiş 12 amnistiya aktı 130 mindən çox insana şamil olunub”
23 Dekabr 2025 10:28
NİİM-dən yük avtomobillərinin sürücülərinə MÜRACİƏT
22 Dekabr 2025 17:31
Vilayət Eyvazov gənclərin sırasından seçim etdi - 13 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
22 Dekabr 2025 16:37
Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
22 Dekabr 2025 11:57
İcra başçısı ilə birlikdə həbs edilən xanım müavini azadlıqda
22 Dekabr 2025 11:53


Bakı -°C

