adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2024 14:12
846
GÜNDƏM

Ermənilər alçaltdıqları yezidiləri "dəyərli" edirlər: Sincar yezidi soyqırımı ilə bağlı layihə

Yezidilər - özlərini kürdlərdən ayırmış və çoxluq etibari ilə xristianlığı ve yaxud Xususi Yezidizm dinini qəbul etmiş , ermənilərə qaynayıb-qarışmış, türkləri özlərinə düşmən bilən bir toplumdur. Fakt olaraq qeyd edək ki, Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan kürd millət vəkili Knyaz Həsənov dəfələrlə parlament iclaslarında bildirib ki, erməni və kürd xalqlarının ortaq düşməni - Türk hökumətidir və Türkiyənin uzaq planlarının qarşısını almaq üçün bu iki millətin əməkdaşlıq etməsi zəruridir:"Erməni və kürd xalqlarının ortaq bir düşməni - Türk hökuməti olduğunu nəzərə alaraq, xalqlarımız bir-biri ilə əməkdaşlıq etməli, partiya səviyyəsində ünsiyyət qurmalı və türk hökumətinin xalqlarımızla əlaqəli uzaq planlarına qarşı çıxmalıdır.
Əslində düşüncəsi erməni kimi qan, terror, soyqırım, faciə kimi olayları törətmək üçün çalışan bu etnik azlıq nəhayət ki, Ermənistanın “gözünə" girə bildi.
Beləki, bu gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasının yezidi (kürd) əsilli deputatı Rüstəm Bakoyanın təqdim etdiyi layihə birinci oxunuşda qəbul edilib. Avqustun 3-ü Ermənistanda Sincar yezidi soyqırımı qurbanlarının anım günü kimi qeyd olunacaq.
Layihənin lehinə 88 deputat səs verib, bitərəf və əleyhinə olan olmayıb.

Qeyd edək ki, yezidilər əsasən İraqın şimalında, İraq Kürdüstanında yaşayır. 2014-cü ildə onlar Sincar vilayətini ələ keçirən İŞİD tərəfindən amansız soyqırıma məruz qalıb. Bəzi məlumatlara görə, silahlılar 10 minə qədər yezidini öldürüb.

Yeri gəlmişkən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bir neçə il əvvəl  tarixi faktlara əsaslanaraq yazırdı: "İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı, yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yaşamışdılar. 1834-cü ilin məlumatına görə, İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər.

Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərinə gəlib çıxmışdılar. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən, bu kəndləri əhatə edən Arağats rayonu təşkil edilmişdir.
Hal-hazırda Ermənistanda bu ölkənin vətəndaşı olan 40620 nəfər yezidi kürd yaşayır. "Dünya Yezidilər İttifaqının sədri Əziz Tamoyan bildirib ki, yezidilər Ermənistana XX əsrin əvvəlində köçüblər və sayı 40 mindən artıqdır.

Tamoyanın sözlərinə görə, Ermənistanda yezidilərin hüquqları ermənilər tərəfindən pozulur. Əsasən, erməni soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə 1990-cı ildən Yerevanda "Danqs Ezdya" ("Yezidinin səsi") qəzeti nəşr edirlər. Yezidilərə Ermənistanda aşağı millət kimi baxırlar. Yezidlərin adət-ənənələri yerli ermənilər tərəfindən rişxəndlə qarşılanır".

Yerli televiziya kanallarından birində "Nə? Harada? Nə vaxt?" verilişində iştirak edən Manvel Badeyan jurnalistlərdən birinin: "Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?" sualını cavablandıran millət vəkili deyib: "Elə bilirsən, jurnalistsənsə, axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezid belə sual versəydi, təəcüblənməzdim".
2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində yezidlər Ermənistanın hakim Respublika Partiyasına 40 min səs verdiklərini iddia edir və öz problemlərinin həllini Serj Sarkisyanın üzərinə qoyurlar. İqtidar isə "Ermənistan ermənilər üçün" prinsipini irəli çəkərək, yerdə qalanları ikinci dərəcəli ermənilər olmağa, heç bir hüququ olmayan qula çevrilməyə vadar edirlər.

Hazırda dünya ictimaiyyəti üçün nümunə kimi etniklərdən ibarət xırda qruplarda milli azlıqlar olsa da, yezidlərdən başqa digər etnik millət də yoxdur, onların vəziyyəti isə bu cür acınacaqlıdır. Deməli, Ermənistanda milli azlıqların vəziyyəti ermənilərin öz vəziyyətlərindən də betərdir. Lakin ermənilər bir bəzək kimi öz etnik tərkiblərini daima nümunə göstərməyə çalışırlar.

 Əntiqə Rəşid