Ermənilərə fürsət və yaxud ABŞ-dan Azərbaycana "907" zərbəsi: Siyasi ANALİZ
Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907 düzəliş qəbul edildi.
907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır. Məsələn, ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Sənəd “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”dən imtinanı, başqa sözlə, Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.
Qanun Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır. Daha dəqiq, Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.
Azərbaycanın məsələyə münasibəti
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov fikrincə, Qərb ədaləti görmək istəmir:" ABŞ Senatının qərarı Ermənistanın müdafiəsi aktıdır. Sanki Ermənistanın müdafiəsi Azərbaycana qarşı sanksiyalardın keçir. 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ikili standartın nəticəsidir. Əgər Bayden bu sənədi təsdiq etsə, ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan dəyəcək".
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ABŞ-n əvvəl sülh müqaviləsinin imzalanmaması üçün Fransanı qabağa verirdiyini iddia edərək bildirdi ki, ABŞ Azərbaycanın müstəqilliyini, 44 günlük müharibədə qələbəsini qəbul edə bilmir: “ABŞ-da indi belə qərar ona görə qəbul olunur ki, Azərbaycanın müstəqilliyini, Azərbaycanın 44 günlük müharibədə qələbəsini qəbul edə bilmirlər. İndi gördü Fransa bacarmır, özü düşüb ortaya, Azərbaycan prezidentinin müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Onlar qəbul edə bilmirlər ki, biz Türkiyəylə Şuşa Bəyannaməsi imzalamışıq.
Beynəlxalq hüquq onlara lazım olanda işləyir. Biz NATO-nun tədbirində idik. Onda biz həqiqətləri çatdırmaq üçün çıxışlar edirdik. Orada mənə dedilər ki, eşitmişik, siz universitetdə professorsunuz. Beynəlxalq hüquq kitablarda olur, onu gedib tələbələrinizə deyərsiniz. Ermənistan bizə milyardlarla ziyan vurub. Heç bir dövlət işğal illəri ərzində Ermənistana bir dənə sanksiya tətbiq etmədi, əksinə, indi biz belə təhdidlərə məruz qalırıq”.
Əlbəttə ki, Azərbaycan parlamenti dəABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edərək etirazını bildirib.
Ermənilərin məsələyə münasibəti
Beləliklə, yekdilliklə qərara alındı ki, ABŞ prezidenti 2025-ci ilə qədər 907-ci maddəyə istisnalar edə bilməz və Bakı bundan sonra Vaşinqtondan təhlükəsizlik yardımı almayacaq. Əlbəttə ki, belə bir xəbər erməniləri hədsiz sevincə qərq etməyə bilməzdi. Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sərkisyan öz erməni xislətinə uyğun olaraq ABŞ-ı alqışladı :“Təbii ki, bu yardım Azərbaycana Ermənistana və “artsaxa” qarşı deyil, İrana qarşı, xüsusən də Xəzər dənizi sərhədinin təhlükəsizliyini təmin etmək, həmçinin terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün edilib.
Əslində, Bakının Ermənistana qarşı bu yardımdan istifadə etməsinə dair sübutlar azdır, Azərbaycanın buna haqqı yox idi. Ancaq görünən odur ki, Vaşinqtondan yüz milyonlarla dollar aldıqdan sonra Bakının öz sərbəst maliyyə resursları yaranırdı və təbii olaraq başqa istiqamətlərdə istifadə edirdi. Azərbaycanla bağlı administrasiya ilə Konqres arasında fundamental fikir ayrılığı yoxdur, lakin bu vəziyyət uzun sürməyəcək və bu arada Vaşinqtonda zəifləmiş mövqelərimizi gücləndirmək üçün maksimum səy göstərilməlidir. Erməni icması və təşkilatları bu istiqamətdə çox fəal işləyirlər”.
Rəsmi Bakının ilk addımı
ABŞ-ın və AB ölkələrinin Azərbaycana qarşı qərəzli münasibətinə qarşı rəsmi Bakı artıq ilk addımlarını atıb. Azərbaycan AB ilə bir sıra “Twinning” layihələri dayandırıb.
Məlumatlara görə, bu qərar bəzi AB ölkələrinin ermənipərəst və antiazərbaycan mövqeyi ilə bağlı verilib. O cümlədən, rəsmi Bakı Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb. Azərbaycanın bu qərarı İsveç və Yunanıstanla miqrasiya sahəsində həyata keçirilən layihələrə də təsir edib. Polşa və Finlandiya ilə layihələr bu ölkələrin balanslı mövqeyinə görə istisna edilib.
Qeyd edək ki, artıq Fransa Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası Gürcüstanın Poti limanına yola salınıb. “Bastion” üçün komponentlər də göndərilib. Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge” özüyeriyən və dağlıq ərazilərdə effektiv olduğu deyilən MArG 155 haubitsalarının Ermənistana çatdırılacağını açıqlayıb.
Deməli , təcavüzkar Ermənistan Avropa Birliyi ölkələrinin və ABŞı-n Azərbaycana qərəzli münasibəti Erməni növbəti dəfə işğalçılığa həvəsləndirir.
Əntiqə Rəşid