Ermənilərin Azərbaycan dəmir yollarında törətdiyi QATAR TERRORLARI - 31
Ermənilər Azərbaycan ərazisində o qədər terror hadisələri törədib, o qədər günahsız qanlar töküb ki, az qala hər təqvim günümüz bir terror hadisəsini xatırladır. Onlar sərnişin təyyarələrimizi, avtomobillərimizi, dəniz nəqliyyatını hədəf alıb yüzlərlə insanın ölmünə bais olub. Erməni terrorundan dəmir yollarımız da “nəsib”ini alıb.
Məsələn, 2 iyun 1993-cü il Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəydi. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etdi. İstintaq zamanı sübuta yetirildi ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdilər.
Həmin terror əməllərindən biri 31 il əvvəl Kislovodsk-Bakı qatarında baş verdi.
Adalet.az xəbər verir ki, ermənilər 1994-cü il fevralın 1-də həmin qatarda dinc soydaşlarımıza qarşı növbəti terror aktı törədiblər.
Güclü partlayışda 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, bu son deyil, 13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdı.
Əntiqə Rəşid
(Yazarın arxivi)
Digər Xəbərlər
27 Noyabr 2026 17:47
Qanunsuz balıq ovuna qarşı reyd keçirilib
27 Noyabr 2026 16:38
Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTO
27 Noyabr 2026 15:19
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2026 10:00
Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
26 Noyabr 2026 11:21
Qadına qarşı kim zorakılıq edir? – Kişilərin düşündürən cavabları
26 Noyabr 2026 07:50
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - VİDEO
25 Noyabr 2026 13:32
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN
25 Noyabr 2026 12:24


Bakı -°C

