Ermənilərin sayı 3 milyon 633 min nəfərdir?:Bəs, ölkədən qaçanların sayı?

Deyilənə görə, 1992-ci ilin əvvəlində guya Ermənistan əhalisinin sayı 3 milyon 633 min nəfər olub.
Yəqin ki, xatırlayırsınız, həmin illərdə Azərbaycanla Ermənistan arasında güclü müharibə, ölüm-dirim savaşı gedirdi. Bundan bir neçə il əvvəl isə Ermənistanda çox güclü bir zəlzələ baş verir və 38.000 erməni ölür. Yəni , o böyük itkidən sonra Ermənistanda 1992-ci ildə müharibənin qızğın çağında belə rəqəmə sahib olması ziddiyyətlidir.
 2020-ci ilin dördüncü rübündə, yəni 44 günlük müharibədən sonra isə əhalinin sayı 2 milyon 967 min nəfər təşkil etdiyi rəsmən deyildi.
Amma bu ilin İyunun 1-nə olan məlumata görə, Qarabağdan Ermənistana köçən 17743 nəfər erməni Ermənistanı hava və quru yolla tərk edib, Onlardan yalnız 7435 nəfər isə geri qayıdıb.Təxminən gedənlərdən 10308 nəfər geri qayıtmayıb.
Adalet.az Ermənistan Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü il oktyabrın 1-nə Ermənistanın daimi əhalisi 3 milyon 67 min nəfər təşkil edib.
Paytaxt əhalinin ən sıx məskunlaşdığı yerdir. İrəvanın 1 milyon 136 min nəfər əhalisi var. Ümumilikdə, Ermənistan əhalisi daha çox şəhər yerlərində cəmləşib - 1 milyon 976 nəfər.
Maraqlıdır ki,həmin komitə bir neçə il əvvəl SOS təbili çalırdı ki, faktiki olaraq müstəqillik qazandıqdan bəri Ermənistan əhalisi hər il azalır:” Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq doğulubsa, 2020-ci ildə yalnız 36 448 doğum qeydə alınıb. Ermənistanda bir çox ailənin ikinci övladı yoxdur”.
Amma Ermənistanın baş naziri bunuaprel ayında təkzib etdi “2023-cü ilin ilk dörd ayı ərzində Ermənistanda 11926 uşaq doğulub. Bu, 2022-ci ilin ilk dörd ayından 1401 uşaq, 2021-ci ilin ilk dörd ayından 532 uşaq, 2020-ci ilin ilk dörd ayından 1469 uşaq, 2019-cu ilin ilk dörd ayından 1415 uşaq, 2018-ci ilin ilk dörd ayından 1180 uşaq çoxdur”.
Əntiqə Rəşid
Digər Xəbərlər
 31 Oktyabr 2025 12:04
 31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
 30 Oktyabr 2025 14:25
 30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
 30 Oktyabr 2025 14:14
 30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
 30 Oktyabr 2025 09:30
 30 Oktyabr 2025 09:30 Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü - FOTOLAR
 29 Oktyabr 2025 12:30
 29 Oktyabr 2025 12:30 Yağış yağacaq. şimşək çaxacaq - SABAHIN HAVASI
 29 Oktyabr 2025 11:59
 29 Oktyabr 2025 11:59 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR
 29 Oktyabr 2025 09:46
 29 Oktyabr 2025 09:46 "Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın" - Əhaliyə xəbərdarlıq
 29 Oktyabr 2025 09:16
 29 Oktyabr 2025 09:16 

 Bakı -°C
 Bakı -°C 






