Təbiətə 226 min manata yaxın ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Adalet.az xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında, Suraxanı rayonu Ramana qəsəbəsində və Quba rayonu Çiçi kəndinin inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Digər Xəbərlər
07 Noyabr 2026 20:01
Gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
07 Noyabr 2026 17:25
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyi keçirilib - FOTOLAR
07 Noyabr 2026 14:37
Prezident Zeytun müəssisəsindəki şəraitlə tanış oldu - Zeytun ağacı əkdi + FOTOLAR
07 Noyabr 2026 14:05


Bakı -°C

