Ermənistan “Artsax”a müqaviləli əsgərlər göndərir: Yeni müharibə mümkündürmü?..
Ermənistan Baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransında ən çox diqqət çəkən məqamlardan biri onun Azərbaycanın “yeni müharibəyə legitimlik qazandırmağa çalışması” və müharibə hazırlıqları ilə bağlı dedikləri oldu.
Əslində isə Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların “hər iki ölkədə” qalmasını istəyir, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqları geri qaytarılmamağa çalışır. Paşinyan Azərbaycanı dünyanın gözündən salmaq üçün artıq növbəti oyuna başlayıb.
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan Azərbaycanı qıcıqlandıran açıqlama verib. O deyib ki, MN –nin ancaq müqaviləli əsgərləri “Artsax” respublikasında (Azərbaycan ərazisində) hərbi xidmət keçəcək: “Qarabağda daha Ermənistandan çağırışçı əsgər olmayacaq, onları müqaviləli əsgərlər əvəz edəcək”
Yəqin ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi gözəl anlayır ki, baş nazirin yalançı fikirlərini gerçəkləşdirmək lazımdır və bunun üçün Azərbaycanı qıcıqlandırmaq yetər. Qarabağ ərazisinə gələcək erməni əsgərlərə rəsmi Bakının mütləq tədbirləri olacaq bu isə gərginləşməyə gedən münasibətləri pik həddə aparır.
Qeyd edək ki, Paşinyanın yeni müharibə mesajını müzakirəyə çıxaran Ermənistan mətbuatı və siyasiləri belə bir savaşın onlara baha başa gələcəyini bildiriblər.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Sentyabr 2026 13:21
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
18 Sentyabr 2026 12:57
"Mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir" - Nazir
18 Sentyabr 2026 10:27
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 10 nəfər saxlanıldı - VİDEO
17 Sentyabr 2026 22:05
Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - VİDEO
17 Sentyabr 2026 19:47
Prezidentlə xanımı hotel açılışında - VİDEO
17 Sentyabr 2026 19:20
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 16:59


Bakı -°C

