adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 14:42
346
DÜNYA

Ermənistan Azərbaycandan qaz almaq istəyir: Alen Simonyan müzakirələrə hazır olduqlarını bildirdi

“Ermənistan Azərbaycandan qaz alışı məsələsini müzakirə etməyə hazırdır”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə çıxışı zamanı bildirib.

“Əgər Ermənistan Azərbaycandan qaz alarsa, bunu müsbət hal kimi qiymətləndirirəm. Biz bu məsələni müzakirə etməliyik”, - deyə o bildirib.