"Ermənistan azərbaycanlıların dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır"

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb.
“Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir”, - deyə müraciətdə bildirilib.
Digər Xəbərlər

"Azərbaycanla yeni müharibə olmayacaq" - Paşinyan

İlham Əliyev Simpoziumun iştirakçılarına müraciət ünvanladı

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb - FOTOLAR

Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

"Rusiya Azərbaycana minnətdardır" - Kreml

İsrail təkbaşına İranda istəyinə nail ola bilməz... - Səxavət Məmməd yazır
