“Ermənistan Zəngəzur dəhlizindən yayınmaqla özünün dalan statusunu möhkəmləndirir” - DEPUTAT

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın möveyi hər zaman birmənalı və prinsipial olub. Rəsmi Bakı münaqişə başa çatdıqdan sonra sülh təklifini irəli sürərkən də bəyan etmişdi ki, bu dəhliz sülhün fundamental elementidir. Yəni, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq. Bu, əslində şərtdən daha çox reallıqdır. Azərbaycanın qalib ölkə kimi bunu tələb etməyə haqqı var.
Prezident İlham Əliyev bir neçə gün əvvəl nəqliyyat məsələləri ilə bağlı müşavirədə bir daha bəyan etdi ki, bu, Azərbaycanın layihəsidir və mütləq reallaşacaq. “Biz Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atırıq. Amma Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”- deyə dövlət başçımız bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər sözdə “region ölkələri arasında sülh və dialoqun yollar olmadan mümkünsüzlüyü”nü dilə gətirsə də onun bu məsələdə də səmimi olmadığı aydındır. Paşinyanın guya alternativ olaraq ortaya atdığı “Sülh kəsişməsi” fərziyyəsinə gəlincə, cənab Prezidentin də bəyan etdiyi kimi, “bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”. Yəni, Ermənistan bu layihənin işlək olmasını istəyirsə, mütləq Azərbaycan tərəfinə müraciət etməlidir. Amma görünən budur ki, Ermənistan vaxt uzatmaq məqsədilə müxtəlif manipulyativ gedişlər edir, amma bunun heç bir nəticəsi olmayacaq.
Ermənistan dalan ölkə kimi davam etmək istəyirsə, artıq burada şərhə yer qalmır. Ermənistan Zəngəzur dəhlizindən yayınmaqla özünün dalan statusunu möhkəmləndirir.
Yəni, bu məsələni məqsədli şəkildə ərazi iddiası müstəvisinə qaldırmaq istəyənlərin də cəhdləri boşa çıxır. Dövlət başçımız bir daha xəbərdar etdi ki, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
Ermənistan özündə siyasi iradə tapmadığına görə bütün layihələrin kənar güclərin diktəsi altında reallaşmasında maraqlıdır. Amma Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, biz heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə, xalqımıza diktə etməsinə imkan verməyəcəyik. Bu mesaj beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən platformalarda da səslənib. Yəni, Ermənistandan alət kimi istifadə edərək, təzyiq cəhdlərinin də nəticəsi olmayacaq.
Digər Xəbərlər

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov

Valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb - Spiker

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Milli Məclisin iclası başladı: Hökümət hesabat verəcək

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etdi
