"Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz" - Leyla Abdullayeva
“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France 24” telekanalının efirində aparıcının xalqların öz müqəddəratını təyin etmək hüquqları ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.
L.Abdullayeva çıxışı zamanı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu yaxınlarda Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu etiraf etməsini xatırladıb.
Abdullayeva eyni zamanda Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı dinc əhali və infrastrukturu hədəf almadığını, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdiyini diqqətə çatdırıb.
Səfir, həmçinin bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyəti arasında baş tutan dialoq və burada müzakirə olunan mövzular barədə də məlumat verib.
Digər Xəbərlər
23 Sentyabr 2026 17:47
Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü
23 Sentyabr 2026 17:21
Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
23 Sentyabr 2026 16:35
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23 Sentyabr 2026 16:00
Əli Əsədovdan mühüm qərar
23 Sentyabr 2026 11:57
“Tramp İranı boğmaq üçün sanksiyaları sərtləşdirir”
23 Sentyabr 2026 11:53
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
23 Sentyabr 2026 11:34
Prezident əfv Sərəncamı imzaladı - ADLAR
23 Sentyabr 2026 11:24


Bakı -°C

