"Ermənistanın yaydığı məlumat yalandır" - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
29 Sentyabr 2026 12:51
Polis təhlükəsizliyi yüksək səviyyədə təmin etdi...
29 Sentyabr 2026 12:29
Əli Həsənovun qızının Dubay mağazası: 3 milyonluq... - FOTO
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07


Bakı -°C

